“Zenit” 6-cı dəfə qızıl medallar qazanıb
Rusiya Premyer Liqasında 2019/20 mövsümünün qalibi bəlli olub. AYNA-nın xəbərinə görə, “Zenit” növbəti dəfə qızıl medala sahibdir.
Çempionatın XXVI turunda “Krasnodar” üzərində səfər qələbəsi qazanan (4:2) Sankt-Peterburq təmsilçisi çempionluğunu rəsmiləşdirib.
Sona dörd tur qalmış ən yaxın izləyicisi “Lokomotiv”i 13 xal qabaqlayan “Zenit” ardıcıl ikinci, ümumilikdə isə 6-cı dəfə qızıl medalları təmin edib. “Zenit” buna qədər 2007, 2010, 2011/12, 2014/15 və 2018/19 mövsümlərində də ölkə çempionu olub.
Rusiyanın ən titullu klubu ilə “Spartak”dır. Onların aktivində isə 10 çempionluq var.