"Kremlin Paşinyana yazığı gəlir"

Siyasət

11.01.2021 - 21:36

Həkimlər Klinikalar SEO Xidməti
Politoloq Elxan Şahinoğlu Moskvada keçirilən üçtərəfli görüşü şərh edib
 
"Gözlənildiyi kimi, Moskvada heç bir siyasi sənəd imzalanmadı. Kremlin Ermənistanın baş naziri Nikol Paşinyana yazığı gəlir, o ancaq Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək sənədə imza ata bilər, başqasını biz qəbul edə bilmərik. Paşinyanın belə bir sənədi indiki vəziyyətində imzalaması ölkəsində onun siyasi fəaliyyətinin sonunu gətirər. Bunu isə hələ ki, Kreml istəmir. Moskva Paşinyanın imzaladığı sənədləri yerinə yetirməsini istəyir".
 
AYNA-nın məlumatına görə, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O, Azərbaycanın şərtlərinin bəlli olduğunu və bu şərtlərin yerinə yetirilməli olduğunu qeyd edib.
 
"Moskvada əməkdaşlıqla bağlı ümumi bəyanat imzalandı. 4 maddəlik bəyanatın ümumi məğzi budur ki, 3 dövlət arasında işçi heyət və ekspertlərdən ibarət altqruplar yaranacaq, əməkdaşlığın aktual mövzuları müzakirə ediləcək və sonda yekun sənəd hazırlanaraq imzalanmaq üçün liderlərə təqdim ediləcək. İşçi heyətə və ekspertlərə martın 1-ə qədər sənədi hazırlamaq tapşırılıb. Bu sıraya kommunikasiya xətlərinin açılması və beynəlxalq daşımaçılığın təmin olunması daxildir. Olsun, işçi qrup çərçivəsində müzakirələrdən də çəkinmək lazım deyil. Bizim şərtlərimiz bəllidir və onlar yerinə yetirilməlidir. Bütün hallarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan və Dağlıq Qarabağdakı separatçılar tərksilah olunmadan regional layihələrin, iqtisadi əlaqələrin və daşımaçılğın perspektivi dumanlıdır", - deyə politoloq bildirib.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş