"Ermənistan və Azərbaycan suveren dövlətlərdir və onların istənilən ölkə ilə münasibətlər qurmaq hüququ var"
"Ermənistan və Azərbaycan suveren dövlətlərdir və buna görə də onların istənilən ölkə ilə, o cümlədən ABŞ ilə münasibətlər qurmaq hüququ var". Us mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakı və İrəvana səfərini şərh edərkən bildirib.
O qeyd edib ki, Rusiya həm Ermənistan, həm də Azərbaycanla demək olar ki, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq edir.
Kreml sözçüsü vurğulayıb ki, Moskva bu əməkdaşlığı davam etdirmək niyyətindədir: "Həm Bakı, həm də İrəvanla geniş ikitərəfli əlaqələrimiz var və onlar bütün mümkün sahələri əhatə edir. Söhbət qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlıqdan, qarşılıqlı investisiyalardan və mədəni əlaqələrdən gedir".