Kreml: Rusiya və ABŞ Qara Dəniz Təşəbbüsü barədə razılığa gəliblər

Dünya

25.03.2025 - 20:57

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Ər-Riyadda keçirilən danışıqların yekunlarına dair bəyanat yayıb

Rusiya və ABŞ Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini və güc tətbiq edilməməsini nəzərdə tutan Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsini təmin etmək barədə razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya və Amerika nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqların yekunlarına dair müvafiq bəyanat Kremlin rəsmi “Telegram” kanalında dərc olunub.

“Rusiya və ABŞ prezidentləri arasında razılaşmaya uyğun olaraq, tərəflər Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi, güc tətbiq edilməməsi, kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısının alınması və bu cür gəmilərin yoxlanılması üçün müvafiq tədbirlərin təşkilini əhatə edən Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsini təmin etmək barədə razılığa gəliblər. Bundan əlavə, Vaşinqton Moskvaya Qara dəniz vasitəsilə kənd təsərrüfatı məhsulları və gübrələrin Rusiya ixracının bərpasına kömək etmək, Rusiya banklarının beynəlxalq ödəniş sistemlərinə qayıtmasını asanlaşdırmaq və gəmilərə dəniz nəqliyyatını sığortalamaq hüququ ilə Qərb limanlarına səfər etmək imkanı vermək öhdəliyini götürüb”, - deyə məlumatda vurğulanıb.

Bundan əvvəl Ağ Ev məlumat yaymışdı ki, Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda keçirilən görüşdə Putin və Tramp arasında Rusiya və Ukraynadakı enerji obyektlərinə zərbələrin endirilməsinə qadağa qoyulması ilə bağlı razılaşmaya uyğun tədbirlər hazırlamaq barədə razılığa gəliblər. Tərəflər həmçinin üçüncü ölkələrin enerji və dəniz sazişlərinin həyata keçirilməsini dəstəkləmək üçün “yaxşı niyyətləri” alqışlayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş