Kreml: “Rusiya Ukrayna ilə İstanbulda danışıqlara hazırlaşır”

Dünya

13.05.2025 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

"Prezident bunu zəruri hesab edən kimi biz bunu elan edəcəyik"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara hazırlaşır. AYNA.AZ TASS-a istinadən bildirir ki, Peskovun sözlərinə görə, "Prezident bunu zəruri hesab edən kimi biz bunu elan edəcəyik".

“Rusiya tərəfi cümə axşamı baş tutması planlaşdırılan danışıqlara hazırlaşmağa davam edir”, - Peskov bildirib.

Bundan əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvanın münaqişənin diplomatik yolla həllində maraqlı olduğunu bildirib və tərəflər arasında birbaşa danışıqların vacibliyini vurğulayıb.

Qeyd edək ki, mayın 11-nə keçən gecə Putin Kiyevə birbaşa danışıqları bərpa etməyi təklif edib. O qeyd edib ki, Moskva mayın 15-də ilkin şərt olmadan təmaslara başlamağa hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş