Kosovoda polisə silahlı hücum olub

Dünya

07.08.2022 - 05:48

Həkimlər Klinikalar SEO Xidməti

Hücum zamanı xəsarət alanın olmadığı bildirilir

Kosovonun şimalında yerləşən, serblərin çoxluq təşkil etdiyi Zubin Potok bələdiyyəsində Sərhəd Nəzarəti Polis İdarəsinin polis əməkdaşlarına silahlı hücum olub.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kosovo Polisi açıqlama yayıb.

Bildirilib ki, polislər Qazivoda bənd gölündə patrul gəmisində olarkən silahlı hücuma məruz qalıblar.

Hücum zamanı xəsarət alanın olmadığı bildirilən açıqlamada “10-a yaxın atəş açılıb” qeyd edilib.

Sərhəd Polisi Çevik Müdaxilə Bölməsi qruplarının hadisə yerinə gələrək araşdırmalara başladığı vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş