Cənnətdən bir damcı "oğurluq" - FOTOLENT

Maraqlı

17.08.2024 - 17:57

Həkimlər Klinikalar SEO Xidməti

Bu gözəlliyi seyr etmək şərtdir: turistlərə tövsiyə olunur ki...

Böyük Qafqaz dağlarının ətəyində yerləşən Qax rayonu zəngin təbiətə malikdir. Ərazi eyni zamanda füsunkar şəlalələri ilə də tanınır. Rayon ərazisində gözəlliyi ilə seçilən, fərqli ölçüdə və hündürlükdə 10-dək şəlalə mövcuddur.

Onlardan biri də Ləkit kəndinin yaxınığında, eyniadlı çayın sağ sahilində yerləşən Mamırlı şəlalədir. Qayalardan yüzillər boyu axan su şəlalənin ərazisində yaşıl mamırın bitməsinə səbəb olub. Mamırdan süzülən su damcılar şəklində töküldüyündən yerli sakinlər bura Damcılı şəlalə də deyirlər.

Şəlaləni gözəlliyi ilə müqayisədə çox əlçatan hesab etmək olar. Belə ki, buraya yürüş təcrübəsi olmayan istənilən yaşda insanın gəlməsi mümkündür. Qax-Zaqatala yolunun yaxınlığında yerləşən kəndin mərkəzindən şəlaləyə təxminən 3 kilometrdir. Onun demək olar ki, yarısını sedan tipli avtomobillərlə qısaltmq olar. Yolsuzluq avtomobilləri ilə isə daha da yaxına getmək mümkündür.

Bundan başqa, kənd sakinləri də öz şəxsi avtomobilləri ilə 20-30 manat müqabilində turistləri şəlaləyə yaxınlaşdırırlar. Şəlaləyə kimi heç bir dik yoxuş, çətinlik yaradan maneə yoxdur. Kəndin içindən şəlaləyədək demək olar ki, hər addımda çay içmək, qutab və maxara yemək üçün açıq kafelər işləyir.

Eyni zamanda, kənddə hazırlanan mürəbbələr, turşular, bəhməzlər və digər məhsullar da ala bilərsiz. Qiymətlər bölgənin digər yerləri ilə eynidir.

Həmçinin, turstlərin maşınlarını saxlaması üçün həm kənddə, həm də meşənin içində ödənişli dayanacaqlar mövcuddur. Bura da cüzi ödəniş etməklə həm yolu kəsməz, həm də maşınınızdan arxayın gedə bilərsiniz. Ümumiyyətlə, Mamırlı şəlalənin öz gözlliyi ilə kənd sakinlərinin güzəranına müəyyən müsbət təsiri olduğunu söyləmək olar.

Ləkit kəndinə gələn yolun yaxşılığı, kəndarası yollarda bütün növ maşınların çətinliklə də olsa işləyə bilməsi və ən əsası gözəlliyi ilə müqayisədə Böyük Qafqazın digər şəlalələrindən fərqli olaraq xeyli əlçatan olması Mamırlı şəlaləyə ilin hər fəslndə turist axınına səbəb olur. Yay aylarında isə bura turist axını ən yüksək səviyyəyə çatır.

Təbiətdən və gözəllikdən zövq almaq istəyənlərə tövsiyə olunur ki, turist axınının az olduğu səhər və axşam saatlarını seçsinlər. Bu saatlarda şəlalənin seyrinə yollanmağın bir avantajı da gözəlliyi ilə tərs mütənasib olan isti və rütubətdən müəyyən qədər yaxa qurtarmış olmaqdır.

Mamırlı şəlalə dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. Şəlalənin yaxınlığına vurulan lövhədə eninin 30, hündürlüyünün 15 metr olduğu gösərilir. Eyni zamanda, 20 ilə yaxındır ki, buranın təbiət abidəsi kimi dövlət tərəfindən qorunduğu qeyd olunur.

Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" - Cənnətdən bir damcı "oğurluq" -
Müəllif: İlham Mustafa