Koronavirusla bağlı son vəziyyət - <font color=red> 114 ölkə “döyüşür”</font>

Xəbərlər

11.03.2020 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

İranda 8042 yoluxma qeydə alınıb, ölü sayısı 354-ə çatıb

 

Çinin Hübey əyalətinin Vuhan şəhərindən dünyaya yayılmaqda davam edən koronavirusdan ölənlərin sayı 4284-ə çatıb. Hazırda virusa yoluxanların sayı 119 132-dir. 114 ölkə  virusla bağlı mübarizə tədbirlərini davam etdirir.

 

AYNA xəbər verir ki, virusa yoluxanların 80 956-sı Çindədir. Rəsmi rəqəmlərə görə, ölənlərin 3162-si də virusun “vətən”indədir. Xarici medianın məlumatında deyilir ki, Çindən sonra virus böhranı yaşayan ölkə İtaliya olaraq qalır. İtaliyada Covid-19 infeksiyasına artıq 10149 nəfər yoluxub, 631 nəfər isə ölüb.

 

İranda 8042 yoluxma qeydə alınıb, ölü sayısı 291-ə çatıb. Ardınca Cənubi Koreya (7755 nəfər), Fransa (1784 nəfər), Almaniya (1695 nəfər) və ABŞ (1037 nəfər) gəlir.

 

Qeyd edək ki, virusdan indiyədək dünya üzrə 70 minə yaxın adamın sağaldığı faktı da var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş