Koronavirusa qarşı neçə nəfər peyvənd olunub?

Xəbərlər

01.08.2022 - 17:41

cedabet dərman SEO Xidməti

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 4 olub. Son sutkada pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanlar olmayıb.

Vurulan peyvədnlərin ümumi sayı 13 818 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 366 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 890, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 338 788, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 254 556 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş