Bir gündə 22 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 653 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 612, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 387, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.