Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Xəbərlər

22.09.2020 - 18:16

cedabet dərman SEO Xidməti

İclasda Sumqayıt Şəhər Məhkəməsinin müraciətinə baxılıb

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

 

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 14-nə təyin edilmiş iclasında baxılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş