Konqoda bərə aşıb, onlarla insan həlak olub

Dünya

22.12.2024 - 17:31

Həkimlər Klinikalar SEO Xidməti

Qəzadan sonra 100 nəfərin itkin düşdüyü bildirilir

Konqo Demokratik Respublikasının şimal-şərqində bərənin batması nəticəsində azı 38 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Məlumata görə, bərə qəzası Busira çayında qeydə alınıb.

Daha 100 nəfərin itkin düşdüyü bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, bərənin göyərtəsində 400-dən çox insan olub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. İlkin ehtimala görə, bərənin aşmasına səbəb göyərtəsində çoxlu adam olması olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş