Komitə sədri: “2020-ci il öz problemləri ilə yadda qaldı”

Xəbərlər

23.12.2020 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

Tahir Mirkişili: “2020-ci ildə isə pandemiya və müharib vəziyyəti iqtisadiyyata təbii olaraq öz təsirini göstərib”

 

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirə olunub. AYNA-nın xəbərinə görə, komitənin sədri Tahir Mirkişili deyib ki, 2020-ci ildə pandemiya və müharib vəziyyəti iqtisadiyyata təbii olaraq öz təsirini göstərib.

 

“2020-ci il öz problemləri ilə yadda qaldı. Lakin Azərbaycan yeganə dövlət və xalq olacaq ki, bu ili Qələbə ili kimi qeyd edəcək. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, ordusunun və xalqının gücünü, xalq-iqtidar birliyini bütün dünyaya göstərdi. Təbii ki, bu uğurların əldə edilməsində güclü iqtisadiyyatın rolu böyükdür, - deyə Mirkişili vurğulayıb.

 

Komitə sədri deyib ki, 2017-ci ildən başlayaraq iqtisadi artm müşahidə edilib. 2018-ci ildə müəyyən geriləmə olub: “2020-ci ildə isə pandemiya və müharib vəziyyəti iqtisadiyyata təbii olaraq öz təsirini göstərib. Ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdılırdı. Neftin qiyməti əvvəl 35 dollar idisə, indi 41 dollar təşkil edir. 2021-ci ildə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırılır və 40 dollar olacaq”.

 

“2020-ci ilin büdcə üzləşməsi səhiyyədə xərclərlə bağlı kəsir yaradıb. Lakin azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı və digər sahələlə bağlıdır. Neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz təşkil edib”, - deyə komitə sədri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş