Kolumbiyada güclü palçıq vulkanı püskürüb

Dünya

26.02.2026 - 12:59

Hakimiyyət orqanları yerli əhalinin təxliyəsi qərarı verib

Kolumbiyada güclü palçıq vulkanı püskürməsi baş verib və hakimiyyət orqanları yerli əhalinin təxliyəsi qərarı verib. AYNA.AZ xəbər verior ki, bu barədə “BNO News” məlumat yayıb.

Qeyd olunub ki, püskürmə Antiokiya departamentinin San Juan de Urabá bələdiyyəsində baş verib.

"Yerli hakimiyyət orqanları palçıq vulkanının bələdiyyə su təmizləyici qurğusu və yaşayış binalarının yaxınlığında püskürdüyünü bildiriblər", - deyə qeyd olunub.

Rəsmilərin sözlərinə görə, heç kim xəsarət almayıb. İndiyə qədər yalnız Siete Vueltas ərazisinə aparan yola ziyan dəyib.

Sosial mediada şahidlər püskürmə yerindən bir neçə kilometr aralıda torpaqda əhəmiyyətli çatlar və çatlamış asfalt gördüklərini iddia ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş