Hadisə nəticəsində xəsarət alan olmayıb
Almaniyanın Köln şəhərinin mərkəzi bölgəsində (Şimali Reyn-Vestfaliya federal əyaləti) partlayış baş verib. Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazini bağlayıb. AYNA xəbər verir ki, bu barədə yerli “Kölner Stadt-Anzeiger” qəzeti məlumat yayıb.
Köln polisinin bildirdiyinə görə, hadisə Rudolfplatz və Ehrenstrasse arasındakı Hohenzollernrinqdə baş verib. Təfərrüatlar hələlik məlum deyil.
“Ekspress” qəzeti hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən xəbər verir ki, partlayış yerli vaxtla saat 05:50-də baş verib. Hadisə şahidləri qeyd ediblər ki, partlayışdan sonra yanğın başlayıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb.
“Biz ərazini nəzarətə almışıq, araşdırma davam edir”, - polis hadisəni nəşrə şərh edib.