Kobaxidze: “Səbirli olsaq, ərazi bütövlüyümüzün bərpası realdır”

Dünya

07.04.2025 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir: “Səbir və düzgün siyasətlə hər şey mümkündür”

“Gürcü xalqı səbirli olsa, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması mümkündür”. AYNA.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib.

"Əgər biz səbr nümayiş etdirsək və bu səbrimizdən öz siyasətimizi istiqamətləndirmək üçün istifadə etsək, düşünürəm ki, ərazi bütövlüyünün bərpası realdır. Bu məsələnin həlli əlbəttə ki, müxtəlif amillərdən asılı olacaq. Lakin səbir və düzgün siyasətlə hər şey mümkündür", - Kobaxidze bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş