Kobaxidze Azərbaycana təşəkkür edib

Xəbərlər

19.05.2026 - 21:10

"Növbəti 20 il ərzində Gürcüstana təbii qaz sosial tariflə veriləcək”

"Növbəti 20 il ərzində Gürcüstana təbii qaz sosial tariflə veriləcək. Buna görə də, əlbəttə ki, Azərbaycan tərəfinə xüsusi minnətdarlığımızı bildirməliyik". AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycana səfəri zamanı bir neçə sahədə mühüm müqavilələr imzalanıb: "Birinci sahə Azərbaycandan qazın idxalı və tranziti ilə bağlıdır. Sosial qaz müqaviləsinin uzadılmasına xüsusi diqqət yetirilib. Bu müqavilə 20 il müddətinə imzalanıb və bu ilin sonuna qədər müddəti bitməli idi. Sənədin daha 20 il uzadılması ölkəmiz və xalqımız üçün xüsusilə vacib idi".

Kobaxidze qeyd edib ki, son üç ildə Bakı-Tbilisi-Supsa neft kəmərinin fəaliyyətsizliyi səbəbindən Gürcüstan potensial gəlirlərini itirir. Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə kəmərin fəaliyyətini bərpa etmək barədə razılıq əldə edilib və bunun sayəsində Gürcüstan illik on milyonlarla lari gəlir əldə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş