"Bu qətnamə Avropa bürokratiyasındakı mürəkkəb vəziyyəti əks etdirir”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi qətnaməni gürcü xalqına qarşı növbəti hücum kimi qiymətləndirib.
Hökumət başçısının sözlərinə görə, “sənəd Avropa bürokratiyası daxilində mürəkkəb vəziyyəti bir daha nümayiş etdirir və heç bir real dəyəri yoxdur”.
"Bu qətnamə Avropa bürokratiyasındakı mürəkkəb vəziyyəti əks etdirir. Bu, gürcü xalqına qarşı növbəti hücumdur və belə qətnamələr mənasızdır", - o deyib.