KİV: Azərbaycanın 3 şəhərində Türkiyənin aviabazası qurulacaq

Xəbərlər

08.01.2021 - 15:58

Aviabazaların Gəncə, Lənkəran və Qəbələ şəhərlərində açılacağı iddia edilir

 

Türkiyə Azərbaycanın Gəncə, Lənkəran və Qəbələ şəhərlərində hərbi aviabazalar açacaq. AYNA xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.

 

Məlumatda bildirilir ki, Azərbaycan Suriya, Qətər, İraq, Sudan, Şimali Kipr Türk Respublikası kimi ölkələrdən sonra Türkiyə hərbi bazalarının yerləşdirildiyi növbəti ölkə ola bilər.

 

Məsələ ilə bağlı hələlik Türkiyə və Azərbaycan tərəfindən rəsmi açıqlama verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş