“Hizbullah hədəflərini mümkün qədər dəqiq müəyyən etmək lazımdır”
Amerika rəsmiləri Hizbullah təşkilatının hədəflərinə hücumlar zamanı Livanın hökumət infrastrukturunun məhv edilməməsi tələbini İsrailə çatdırıb. AYNA xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ştatlar əvvəllər Vaşinqton üçün qırmızı xəttin İsrailin genişmiqyaslı müharibəyə səbəb olacaq “şüurlu və qəsdən” hərəkətləri olacağını açıqlayıb.
İndi Amerika tərəfinin tələblərinə aydınlıq gətirilib: yəhudi dövləti heç bir halda Livanın dövlət infrastrukturuna ziyan vurmamalı və hərbi əməliyyatları planlaşdırarkən Hizbullah hədəflərini mümkün qədər dəqiq müəyyən etmək lazımdır.