“ABŞ bölgədə hərbi qüvvələrini artırarsa, Şimali Koreya hərəkətə keçəcək”
“ABŞ regionda hərbi mövcudluğunu artırmağa davam edərsə, Şimali Koreya təhdidləri aradan qaldırmaq üçün müvafiq hərbi-texniki tədbirlər görməyə məcbur olacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen In “Milli Müdafiə İnkişafı 2025” silah sərgisinin açılışında deyib.
“Əgər ABŞ regional dövlətlərin təhlükəsizlik qayğılarına açıq şəkildə məhəl qoymayaraq, təhlükəli silahlı qüvvələrini artırmağa davam edərsə, bu inkişaf bizi yeni təhdidləri aradan qaldırmaq və güc balansını qorumaq üçün müvafiq hərbi-texniki tədbirlər həyata keçirməyə sövq edəcək”, - Kim Çen In konkret hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb.
Onun sözlərinə görə, ABŞ “lazım olduqda düşmənə qarşı qabaqlayıcı zərbə endirilməsini” asanlaşdırmaq üçün Cənubi Koreya yarımadasında hərbi mövcudluğunu artırır. Bu hərəkətlərə cavab olaraq Pxenyan “xüsusi aktivləri” üçün yeni hədəflər təyin edib.
"Məncə, düşmən təhlükəsizlik vəziyyətinin hara doğru getdiyini düşünməlidir", - Kim Çen In əlavə edib.
"Mən təfərrüatlara varmayacağam. Koreya Respublikasının ərazisinin təhlükəsiz olub-olmamasına onlar özləri qərar verməlidirlər", - Kim Çen In fikrini yekunlaşdırıb.