Kəndlərimiz atəşə tutulub

Hadisə

18.12.2019 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb

 

2019-cu ilin 17 dekabr tarixində saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş mövqelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətindəki sərhəd döyüş məntəqələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AYNA-ya verilən məlumata görə, düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş