Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Xəbərlər

04.12.2022 - 11:48

Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb

Dekabrın 4-u saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müəllif: Ayna.az