Keçmiş Prezident: “Rusların Avropaya girişinə qadağa qoyulmalıdır”

Dünya

18.04.2021 - 18:06

Həkimlər Klinikalar SEO Xidməti

Tomas Hendrik İlves: “Çünki Avropanın təhlükəsizliyi risk altındadır”

 

Estoniyanın sabiq Prezidenti Tomas Hendrik İlves Rusiyanı Hitler Almaniyası ilə müqayisə edib və bütün rusların Avropa Birliyi ərazisinə girişinə qadağa qoymasının lazım olduğunu deyib. AYNA xəbər verir ki, keçmiş Prezident bu barədə rəsmi “Twitter” səhifəsində paylaşım edib.

 

Onun sözlərinə görə, Rusiyadan Avropaya edilən bütün səfərlərin müvəqqəti qadağan edilməsinə ehtiyac var: “İstənilən səfərdən danışıram. Bu insanlar Krımın işğalından əvvəl təkəbbürlə Avropa Birliyi ilə vizasız rejim tələb etdilər. Ailə şərtləri ilə əlaqəli fövqəladə hallar istisna olmaqla, bütün vizalar dondurulmalıdır. Çünki Avropanın təhlükəsizliyi risk altındadır”.

 

Estoniyalı siyasətçi 1939-cu ilin sentyabrında Almaniyanın Polşanı işğal etməsindən sonra Avropa ölkələrinin tutduğu mövqeyi də xatırladıb.

 

İlves eyni zamanda, Rusiya təbliğatçılarının ukraynalıları öldürmək və Qərbi cəzalandırmaq çağırışları ilə müqayisədə açıqlamasını o qədər də sərt hesab etmədiyini vurğulayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş