Karate komandamız Avropa çempionatında gümüş medal qazanıb

İdman

29.05.2022 - 23:11

Azərbaycan komandası kumite yarışlarının finalında Fransa millisi ilə qarşılaşıb

Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.

AYNA xəbər verir ki, Azərbaycan komandası kumite yarışlarının finalında Fransa millisi ilə qarşılaşıb.

Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət milli komandamız Avropa ikincisi olub. Həlledici görüşdə komandamız rəqibinə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, daha əvvəl millimiz Kosovaya 3:1, Portuqaliyaya 2:0, yarımfinalda isə Yunanıstana 3:0 hesabı ilə qalib gəlib.

Müəllif: Ayna.az