Karantini pozan atayla oğul həbs olunub

Xəbərlər

13.04.2020 - 17:33

Həkimlər Klinikalar SEO Xidməti

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib

 

Astara Rayon Polis Şöbəsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

 

Bu barədə AYNA-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Astara şəhər sakini Yaşar Mustafayev idarə etdiyi “VAZ-2115” markalı avtomobillə saxlanılıb və spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyənləşib.

 

Avtomobildə sərnişin qismində olan oğlu Elçin Mustafazadənin də müvafiq qaydada heç bir icazə almadan şəhərə çıxdığı və karantin qaydalarını pozduğu müəyyən edilib.

 

Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və inzibati qaydada həbs olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş