Karantində hərbçilərin hərəkətinin tənzimlənməsi qaydası açıqlanıb

Xəbərlər

24.12.2020 - 21:29

Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında dəyişiklik edib. Bu barədə AYNA-ya Nazirlər Kabinetindən məlumat verilib.

 

Bildirilib ki, sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün Qərara əlavə edilib. Əlavəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.

Müəllif: Ayna.az