Karantin qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb - <font color=red> RƏSMİ</font>

Xəbərlər

28.12.2020 - 14:29

Bu barədə təhsil naziri müvafiq əmr imzalayıb

 

Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova işdən azad edilib.  AYNA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.

 

O bildirib ki, bu barədə təhsil naziri müvafiq əmr imzalayıb: “Əmrə əsasən, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş