Meyit dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib
Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan, 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.