Kamran Əliyev Abşeronda vətəndaşları qəbul edəcək

Xəbərlər

26.10.2023 - 15:01

Qəbulla bağlı qeydiyyatı rayon prokurorluqları tərəfindən həyata keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il noyabrın 2-də, saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan AYNA-ya verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı rayon prokurorluqları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş