Kamçatkada bir saat ərzində 8 zəlzələ baş verib

Dünya

31.07.2025 - 12:10

Zəlzələlərin maqnitudası 4,5-6,7 bal təşkil edib

Kamçatka sahillərində bir saat ərzində səkkiz zəlzələ qeydə alınıb.

AYNA.AZ bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, zəlzələlərin maqnitudası 4,5-6,7 bal təşkil edib.

TASS-ın Kamçatkadakı müxbirinin verdiyi məlumata görə, yeraltı təkanların gücü 2-3 bal təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş