Kahramanmaraşda Xocalı qurbanlarının xatirəsi anılıb

Xəbərlər

27.02.2023 - 05:24

Zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən soyqırımı qurbanları yad edilib

Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Azərbaycan Gənclər Fondundan AYNA-ya bildirilib ki, Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllü gənclərimiz Kahramanmaraş şəhərində salınmış Xocalı parkını və burada ucaldılan abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini yad ediblər.

Daha sonra Azərbaycan könüllüləri tərəfindən Xocalı parkının ərazisində zəlzələ qurbanları üçün müvəqqəti salınmış çadır şəhərciyində təmizlik işləri aparılıb, yerli əhaliyə isti içkilər təqdim edilib, habelə uşaqlara şirniyyat paylanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş