Divarın yerli sakinlərin rifahını təmin etmək üçün dağıdıldığı qeyd edilir
Kabil rəhbərliyi paytaxtın təmiri çərçivəsində ABŞ-ın Əfqanıstandakı səfirliyinin ətrafındakı divarı uçurub. AYNA xəbər verir ki, bu barədə “Tolo news” məlumat yayıb.
"Şəhərin yenidən qurulması planına uyğun olaraq, həmçinin yerli sakinlərin etirazları ilə əlaqədar olaraq, meriya şəhərin mühüm ərazisində yerləşən ABŞ səfirliyi ətrafındakı divarı söküb ", - mənbə bildirib.
Qeyd olunub ki, ABŞ bu hasarı tikməklə tarixi ərazini “işğal edib”. Divarın yerli sakinlərin rifahını təmin etmək üçün dağıdıldığı qeyd edilir.