"/>

Jurnalistlər qarşısında əcaib tələb - <font color=red> "Yuxarıdan" göstəriş var</font>

Cəmiyyət

01.11.2019 - 19:08

Ölkə mətbuatı təkcə məmurlar arasında deyil, həm də jurnalistlər üçün şantaj alətinə çevrilib

 

Sputnik Azərbaycan-da işlədiyim vaxtlar idi, tanıdığım trollardan biri gileylənirdi ki, "bəs, sən demə, "birinci əl" bizə 40 manat verirmiş, iki nəfərdən keçdiyi üçün hərəsi 10-10 götürürmüş və bizə 20 manat gəlib çatırmış". Mən dili qurtlamış da dinc durammadım, status yazdım bu barədə.

 

Üstündən bir həftə keçməmişdi ki, Sputnik Azərbaycan-ın rəhbəri, yəni o zamankı müdirim məni və həmin gün növbətçi olan redaktoru otağına çağırdı. İçəri girən kimi mənə ilk sözü bu oldu: "Sən Maliyyə Nazirliyində işləyirsən?" Düzü, əvvəlcə çaşıb qaldım, ancaq ardınca, "trollara nə qədər pul verildiyini hardan bilirsən?" sualını verəndən sonra nə demək istədiyinin fərqinə vardım.

 

Düzdür, ara-sıra iş yoldaşlarımdan eşidirdim ki, “feysdə status yazanda ehtiyatlı ol, işini itirə bilərsən”. Ancaq əsla əhəmiyyət vermirdim belə “məsləhətlərə”, çünki kiminsə diqtəsi ilə oturub-durmaq, nəsə yazıb-pozmaq mənlik deyil. Həmçinin hər zaman düşünmüşəm ki, “Facebook”, bir növ mənim şəxsi platformamdır, yəni oradakı fəaliyyətimin çalışdığım media qurumuna aidiyyəti yoxdur.

Rumiyyə Miraslan