Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb
Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən AYNA-ya məlumat verilib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğının baş verdiyi çoxmərtəbəli bina “Jurnalistlər binası”dır.