Jurnalistdən şəhid generalla bağlı <font color=red> TƏKLİF</font>

Cəmiyyət

30.08.2020 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

Bakının girişinə Polad Həşimovun adı verilsin!

 

Jurnalist, QHT sədri və yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı şəhid General Polad Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı təklif verib. AYNA-nın xəbərinə görə, Muradlı ölkə rəhbərliyindən, Bakı Şəhər İcra Hakimyyətindən xahiş edib ki, “Jurnalistlər binası”nın da yerləşdiyi Yeni Salyan yolu küçəsinə şəhid general Polad Həşimovun adı verilsin.

 

“Salyan yolu, Yeni Salyan yolu adı heç kimə lazım deyil, amma şəhidlərimizin adını əbədiləşdirmək daha faydalıdır. Böyük bir küçədir, Lökbatan dairəsindən Su İdmanı Sarayına qədər, lap elə Bayraq meydanınınadək generalımızın adını vermək və prospekt adlandırmaq olar. Bakının 3 əsas giriş nöqtəsindən birinə Polad Həşimovun adını vermək həmin ərazidə yaşayan hər kəsin ürəyincə olacaq. Təklifimi dəyərləndirsəniz bütün sakinlər adından minnətdarlıq edərik. Bu məsələdə dəyərli millət vəkillərimizdən, ictimaiyyət nümayəndələrindən dəstək istəyirəm”, - deyə jurnalist qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş