İyul ayının pensiya ödənişi başa çatıb

Xəbərlər

14.07.2023 - 23:32

Dövlət Sosial Müdafiə Fondu ölkə üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, iyulun 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələri üzrə bu ayın pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş