Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İnterpol xətti ilə axtarışda olan oliqarxı saxlayıb
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti İnterpol xətti ilə axtarışda olan oliqarx Giorgi Baçiaşvilini saxlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Xidmətin “Facebook” səhifəsində məlumat yayılıb.
Baçiaşvili ölkənin keçmiş Baş naziri, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu Bidzina İvanişvilidən kriptovalyuta oğurladığına görə qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.
Xidmətdən qeyd olunub ki, biznesmenin harada olduğunu anonim mənbədən öyrənib.
O sərhədi qanunsuz keçməkdə ittiham olunur. Buna görə isə onu əlavə 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.