İtkin düşən yeniyetmələr tapılıb

Xəbərlər

20.03.2023 - 23:16

Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Yevlax rayonunun Ərəş kəndində dörd yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Müəllif: Ayna.az