İtkin düşən aşığın meyiti tapıldı

Xəbərlər

25.11.2021 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Zahid Qasımovun meyiti Əsrik Cırdaxan kəndindən keçən çayda aşkarlanıb

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndindən keçən çayda aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.

Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş