Deputatların etimadsızlığı Stefan Levenin istefa qərarı verməsinə səbəb olub
İsveçin Baş naziri Stefan Leven istefaya gedib. AYNA xarici mediaya istinadən bildirir ki, Baş nazir İsveç Parlamentinin sədrindən onu hökumət başçısı vəzifəsindən azad etməsini istəyib.
Siyasətçi 349 millət vəkilindən 181-i ona etimad göstərmədikdən sonra istefa verib. Leuven erkən seçkilərin keçirilməsinə etiraz etmədiyini, ancaq ölkədəki epidemioloji vəziyyətin nəzərə alınaraq bu qərarın səhv olacağını söyləyib.
İsveçdə növbədənkənar parlament seçkiləri 2022-ci ildə keçiriləcək. O vaxta qədər parlamentin sədri yeni bir hökumət qurmağa çalışacaq. Dörd cəhddən sonra bu uğursuz olarsa, ölkədə növbədənkənar seçkilərin keçirilməsi mütləq olacaq.
Qeyd edək ki, 17 iyun tarixində İsveç Demokratlar Partiyası Levenə etimad üçün parlament səsverməsini tələb edib. Bundan əvvəl isə İsveç Sol Partiyasının lideri Nuşi Dadqostar hökumətin kirayə evlərə bazar qiymətləri tətbiq etməsi təklifinə görə Baş nazirə etimadsızlıq elan edib. 21 iyun tarixində deputatların əksəriyyəti Levenə etimadsızlığa səs veriblər.