İsveç Ukraynaya hərbçilərini göndərməyi nəzərdən keçirir

Dünya

17.02.2025 - 17:34

Həkimlər Klinikalar SEO Xidməti

“Biz ilk növbədə beynəlxalq hüquqa uyğun olaraq ədalətli və davamlı sülhə razılaşmalıyıq”

Stokholm Ukraynada sülhün qorunmasına yönəlmiş bütün hərəkət variantlarını, o cümlədən sülhməramlıların göndərilməsi imkanlarını nəzərdən keçirir. AYNA Avropa mediasına istinadən bildirir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer deyib.

“Biz ilk növbədə beynəlxalq hüquqa uyğun olaraq ədalətli və davamlı sülhə razılaşmalıyıq. Bu sülhü bərqərar etdikdən sonra onu qorumaq lazımdır və bu məqsədlər üçün hökumətimiz hər hansı variantı istisna etmir", - nazir bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer bildirmişdi ki, Böyük Britaniya sülh sazişinin icrasını təmin etmək üçün Ukrayna ərazisinə öz qoşunlarını yerləşdirməyə hazırdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş