İstirahət mərkəzində partlayış olub, yaralananlar var

Hadisə

30.08.2022 - 20:28

Həkimlər Klinikalar SEO Xidməti

Sumqayıtda partlayış zamanı 3 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA-ya verilən məlumata görə, faktla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş