İstirahət günlərinə hava proqnozu

Xəbərlər

14.02.2020 - 17:20

Həkimlər Klinikalar SEO Xidməti

Havanın temperaturu gecə 1-4, gündüz 7-10  dərəcə isti təşkil olacaq

 

Fevralın 15-də Böyük və Kiçik Qafqazda havanın, əsasən, yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

 

AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti təşkil edəcək. 

 

Lənkəran-Astara bölgəsində havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil olacaq. 

 

Qazax-Gəncə zonasında havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək. 

 

Aran rayonlarında havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 0-5, gündüz 7-12  dərəcə isti təşkil olacaq.

 

Naxçıvan MR-da havanın, əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, fevralın 15-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. 

 

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-4, gündüz 7-10 dərəcə isti təşkil olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş