İstirahət günlərinə gözlənilən xəbər

Xəbərlər

13.12.2019 - 17:30

Həkimlər Klinikalar SEO Xidməti

Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq

 

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb. AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Böyük və Kiçik Qafqazda hava, əsasən, yağmursuz keçəcək.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.

 

Lənkəran-Astara zonasında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.Havanın temperaturu gecə 5-8, gündüz 8-12, dağlarda gecə 0-3, gündüz 5-8 dərəcə isti olacaq.

 

Qazax-Gəncə zonasında hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

 

Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.

 

Naxçıvan MR-da hava, əsasən, yağmursuz keçəcək. Havanın temperaturu gecə 2 dərəcəşaxtadan 3 dərəcəyədək isti, dağlqı ərazilərdə 6-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

 

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-13 dərəcə isti olacaq.      

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş