İstanbulda 13 İŞİD üzvü saxlanılıb

Dünya

02.10.2025 - 13:28

Terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib

İstanbulda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, 13 şübhəli saxlanılıb, 2 nəfərin axtarışı davam edir.

Əməliyyat İstanbul Respublika Baş Prokurorluğu tərəfindən İŞİD-də qarşı aparılan istintaq çərçivəsində baş tutub.

Araşdırmada 15 şübhəli şəxsin terror təşkilatı və münaqişə bölgələri ilə təmasda olduğu müəyyən edilib. Onlardan 3-nün “xarici terrorçu döyüşçü” olduğu, 12 nəfərin isə sosial media vasitəsilə İŞİD-in təbliğatını apardığı aşkarlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş