İstanbul metrosunda qadının şəklini çəkən rusiyalı kişi nəzarətə götürülüb

Dünya

25.09.2024 - 17:38

Həkimlər Klinikalar SEO Xidməti

Fotoda görünən qadın rusiyalını seksual qısnamada ittiham edərək polisə ifadə yazıb

İstanbul metrosunda çəkdirdiyi fotoya görə rusiyalı turist kişi Türkiyədə saxlanılaraq nəzarətə götürülüb. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstanbuldakı Baş Konsulluğundan bildirilib.

Diplomatik nümayəndəliyin məlumatına görə, sentyabrın 6-da Sankt-Peterburq sakini Türkiyə Cinayət Məcəlləsinin 137-ci maddəsini - “Şəxsi həyatın toxunulmazlığının pozulması”nı pozmaqda ittiham olunub. Səbəb isə rusiyalının metroda çəkdirdiyi fotoda üzünün bir hissəsi görünən İstanbul sakinin görünməsi olub.

Həmin gün fotoda görünən qadın rusiyalını seksual qısnamada ittiham edərək polisə ifadə yazıb. Nəticədə həmin şəxs saxlanılaraq nəzarətə götürülüb.

Saxlanılan şəxsin həyat yoldaşı bildirib ki, sentyabrın 26-da ərinin yanına Rusiya Federasiyasının Baş Konsulluğunun əməkdaşı göndərilməli, həmçinin kişi vəkil ilə təmin edilməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş