İstanbul derbisinin qalibi müəyyənləşib

İdman

11.04.2022 - 00:11

“Fənərbağça” öz meydanında “Qalatasaray”a qalib gəldi

Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub. AYNA xəbər verir ki, prinsipial oyunda “Fənərbağça” öz meydanında “Qalatasaray”la qarşılaşıb.

Matç “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran “Fənərbağça” 2-ci pilləyə yüksəlib. “Qalatasaray” isə 41 xalla 14-cü pilləyə geriləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş