İsrailli nazirdən Tehrana xəbərdarlıq: “Ağır nəticələri olacaq”

Dünya

08.05.2025 - 15:55

Həkimlər Klinikalar SEO Xidməti

"Husilər İsraili atəşə tutmağa davam edərsə, İsrail onlara ciddi zərbələr vuracaq”

““Ənsar Allah” hərəkatının yəmənli husi üsyançılarının İsrail ərazisinə hücumlarının həm onlar, həm də İran üçün ağır nəticələri olacaq”. AYNA.aZ xarici mediaya istinadən bildirir ki, bu xəbərdarlıqla İsrailin müdafiə naziri İsrael Katz çıxış edib.

"Husilər İsraili atəşə tutmağa davam edərsə, İsrail onlara ciddi zərbələr vuracaq. İsrail Müdafiə Qüvvələri istənilən missiyaya hazırdır. Mən də İran rəhbərliyinə xəbərdarlıq edirəm. Bilirəm ki, “Ənsar Allah” terror təşkilatını maliyyələşdirir, silahlandırır və nəzarət edir. Nəzərə almaq lazımdır ki, proksi nəzarət sistemi bitib və "şər oxu" çöküb. İndi hücumlara görə birbaşa olaraq İran rəhbərliyi məsuliyyət daşıyır”, Katz vurğulayıb.

“İsrail Beyrutda “Hizbullaha”, Qəzzada HƏMAS-a, Dəməşqdə Bəşər Əsəd rejiminə nə edibsə, Yəməndə husilərə nə edirsə, Tehranda da onlara qarşı edəcəyik”, - nazir əlavə edib.

Katz deyib ki, “heç kimin İsrailə zərər vurmasına” icazə verilməyəcək: “Kim bizə zərər versə, böyük itkilər verəcək. Yəhudi dövləti istənilən təhdid və istənilən düşməndən müstəqil şəkildə özünü müdafiə etməyə qadirdir. Bu, keçmişdə çoxsaylı çağırışlar qarşısında doğru olub və gələcəkdə də belə qalacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş