İsrailin Danimarkadakı səfirliyi yaxınlığında iki partlayış olub

Dünya

02.10.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

Polisi İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında baş verən iki partlayışı araşdırır

Danimarka polisi oktyabrın 2-də İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında baş verən iki partlayışı araşdırır. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Polis qeyd edib ki, mümkün itkilər barədə məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatına” başladığını elan etdi. İsrail Müdafiə Qüvvələrinin (IDF) açıqlamasına görə, onun hədəfi şiə qruplaşmasının son 20 ildə inşa etdiyi “Hizbullah” infrastrukturudur.

Müəllif: Ayna.az